Abort etdirən qadınlarla bağlı QORXUNC FAKTLAR

Abort etdirən qadınlarla bağlı QORXUNC FAKTLAR
19:17 31 Oktyabr 2016
661 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika, İngiltərə və Hollandiyada aparılan elmi araşdırmalarda hamiləliyi abortla sonlandıran qadınlarda intihar meylinin artdığı ortaya çıxıb. Hamiləliyin davam etməsi isə analıq instinkti ilə intihar ehtimalını azaldır.

Aile.lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiyada aparılan elmi araşdırmada abort etdirən qadınlar arasında intiharların 6 dəfə artdığı sübut olunub.  İngiltərədə 408 min qadını əhatə edən tədqiqat da oxşar nəticəni verib.

Amerikada aparılan tədqiqatlardan birində isə abort etdirmək məcburiyyətində qalan 173 min 279 qadının tibbi qeydləri araşdırılıb. 4 il sonra bu qadınlar arasında intihar nisbəti araşdırılıb. Onlarda intihar nisbəti uşaq doğan qadınlara nisbətən 160 faiz yüksək olub.

O tarixlərdə intihar edirlər

Araşdırmalar daha bir maraqlı faktı ortaya çıxarıb. İntihara təşəbbüs və ya intihar hadisəsi abortun ildönümündə və ya uşağın doğulacağı tarixdə baş verir. Abort və ildönümü əlaqəsi gənc qızlar arasında daha çox olur. Həqiqətən də gənclər arasında abort etdirmə daha çox olduğu üçün intihar risk daha çoxdur. Qadınlarda isə intihara meyl əvvəldən psixoloji problemləri olanlarda və ya daha öncə də intihara cəhd edənlərdə özünü göstərir.

Abortdan sonra yaranan emosionallıq spirt istifadəsi və dərman asılılığına da yol açır.   Ona görə də abort etdirən qadınlar tək qalmamalı, ehtiyac yaranarsa, mütəxəssisə yönləndirilməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/485015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR