"Ciyər axşamı"da qohumunu öldürənin məhkəməsində DAVA

"Ciyər axşamı"da qohumunu öldürənin məhkəməsində DAVA
15:24 3 Noyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

"Ciyər axşamı" məclisində qohumunu öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslə proses iştirakçıları arasında mübahisə düşüb.

 

Buna səbəb məhkəmə iclası təxirə salınıb.

 

Qeyd edək ki, qətl hadisəsi Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında baş verib. Xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR