Bakıda 19 yaşlı qız maşın oğurladı

Bakıda 19 yaşlı qız maşın oğurladı
12:27 4 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 19 yaşlı qız avtomobil oğurlayarkən yaxalanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR