Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru
Ceyhun Tofiqli saxlanılıb.
Avropa.info məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta
məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun
haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün
polis tərəfindən saxlanıldığı qeyd edilir.
Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab
rayon prokurorluğu tərəfindən araşdırılır.
Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki,
cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna
göndərilib.