Aktrisa 40 ildən sonra etiraf etdi - foto

Aktrisa 40 ildən sonra etiraf etdi - foto
19:21 16 Noyabr 2016
133 Şou
Ölkə mətbuatı
A- A+

"Star Wars" serialının qəhrəmanı aktrisa Carrie Fisher illər sonra həyatındakı sirr barədə danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, adıçəkilən serialda Hollivud ulduzu Harrison Fordla tərəf müqabili olan Fisher onunla 3 ay eşq yaşadığını bildirib.

Aktrisanın sözlərinə görə, 1976-cı ildə çəkilən filmdə onun 19, Fordun isə 33 yaşı olub. Carrie qeyd edib ki, həmin vaxt o, subay olsa da, aktyor evli və iki uşaq atası olub.

"Biz cəmi üç ay sevgi münasibətində olduq. Ford çox yaraşıqlı idi. Mən ona baxmaqdan doymurdum. Amma sonra öz-özümə fikirləşdim ki, onun kimi bir ulduz məni çətin həqiqətən sevsin. Ona görə ondan ayrıldım", - deyə Fisher etiraf edib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR