"Hər ay Beytulla Hüseynova 310 min manat pul vermişəm"

"Hər ay Beytulla Hüseynova 310 min manat pul vermişəm"
14:52 18 Noyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayevin istintaqa verdiyi ifadəsi məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, birliyin keçmiş baş mühasibi təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, 2005-ci ilin aprel ayında BTRİB-in baş mühasibi vəzifəsinə təyin olunduğunu, 2015-ci ilin oktyabr ayına kimi olan dövrdə həmin vəzifədə işlədiyini deyib.
A.Mustafayev müqavilələr üzrə işlərin görülməsinə nəzarət edib, görülən işlərə görə isə BTRİB-in rəhbərliyinin şifahi göstərişlərinə əsasən qovşaqlar tərəfindən həmin təşkilatlara ödənişlər aparıldığını söyləyib. A.Mustafayevin sözlərinə görə, qovşaqların gəliri əhaliyə göstərilən telefon xidməti, abunə haqqı, internet xidməti, telefon çəkilişi, servis xidmətləri hesabına formalaşır.
O, birliyin mühasibat uçotu işini təşkil edib və qovşaqlarda görülən işlərə görə özəl təşkilatlara ödəniş aparılması barədə müvafiq göstərişlər verib. Qovşaqlar üzrə işləri əsasən "Bakı Rabitə Tikinti Təchizat" MMC, "Təmir Tikinti Servis" MMC, eyni zamanda "Rabitə Mülki Tikinti" MMC və "3 nömrəli Təmir Tikinti" MMC-lər icra edib. Həmin özəl təşkilatların hər birinin rəhbəri, yəni Bayram Vəliyev və Emin Məmmədov BTRİB-in baş direktoru Beytulla Hüseynovla yaxın münasibətdə olublar.
Hətta "Bakı Rabitə Tikinti Təchizat" MMC-nin əvvəlki təsisçisi B.Hüseynovun arvadı olub, sonradan isə həmin müəssisə B.Vəliyevin adına sənədləşdirilib. Bu müəssisə isə faktiki olaraq B.Hüseynovun özünə məxsus olub.
Bundan əlavə, A.Mustafayev göstərib ki, görülən işlərə və alınan mal-materiallara görə pul vəsaitləri əsasən yuxarıda adlarını qeyd etdiyi özəl cəmiyyətlərə köçürüb.
O bildirib ki, müəssisə rəhbərlərini əvvəllər ayda 2-3 dəfə qəbul edib, onlardan həmin pulu alıb, sonradan isə digər əməkdaşların şübhələnməməsi üçün onları ayda bir dəfə görüşə çağırıb, verdikləri pulu qəbul edib. A.Mustafayevin söylədiyinə görə, əvvəlki dövrlərdə hər ay B.Hüseynova verdiyi pul vəsaitinin miqdarını dəqiq xatırlamır, lakin 2015-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə isə hər ay B.Hüseynova 270 min-310 min manat mələğində pul verib. O qeyd edib ki, eşitdiyinə görə, B.Hüseynov hər ay nazirliyin yüksək vəzifəli şəxslərinə pul verib.
B.Hüseynov hər ay qeyri-qanuni yolla əldə olunan puldan 2005-2007-ci illər ərzində A.Mustafayevə 2500 manat, sonrakı illərdə isə 4 min-7 min manat pul verib.
Qeyd edək ki, A.Mustafayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 18:48

Meksikada növbəti güclü zəlzələ baş verdi

23 Sentyabr 2017 18:45

Çaylarda su artır

23 Sentyabr 2017 18:43

Dağıstandakı zəlzələ oldu: Şəkidə hiss edildi

23 Sentyabr 2017 18:29

Artur Rasizadəyə ağır itki

23 Sentyabr 2017 18:28

"Siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır" - Siyavuş Novruzov

23 Sentyabr 2017 18:24

YAP icra katibinin müavini: "Milli Şuranın mitinqinin heç bir əhəmiyyəti yoxdur"

23 Sentyabr 2017 18:22

Azərbaycan Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 18:18

Kişilər seksdə nədən qorxur? - İNANILMAZ

23 Sentyabr 2017 18:13

"Mister Bin"in qızı o görüntülərini paylaşdı

23 Sentyabr 2017 18:05

13 oğlan birləşib 12 yaşlı qızı ZORLADI - QANDONDURAN HADİSƏ

23 Sentyabr 2017 18:03

DGK-da şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib

23 Sentyabr 2017 18:02

Göygöldə yol qəzası

23 Sentyabr 2017 17:51

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

23 Sentyabr 2017 17:48

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

23 Sentyabr 2017 17:47

"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı - FOTOLAR

23 Sentyabr 2017 17:47

Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 17:44

Şimali Koreyada zəlzələ

23 Sentyabr 2017 17:40

Meksikada daha bir zəlzələ

23 Sentyabr 2017 17:38

Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

23 Sentyabr 2017 17:33

Daxili İşlər Nazirliyi "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 17:27

DİN "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yaydı

23 Sentyabr 2017 17:23

"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb

23 Sentyabr 2017 17:22

Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi

23 Sentyabr 2017 17:19

Sibel Can İLK DƏFƏ BALKON ŞƏKİLLƏRİ haqqında danışdı

23 Sentyabr 2017 17:18

Rusiyada “Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

23 Sentyabr 2017 17:17

Qaxda “Qazel” yandı

23 Sentyabr 2017 17:16

BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1500-ə yaxın adam iştirak edib

23 Sentyabr 2017 17:12

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59