Professor Əli Həsənovun əsərlərindən ibarət disklər Mərkəzi Elmi Kitabxanaya təqdim edilib - FOTO

Professor Əli Həsənovun əsərlərindən ibarət disklər Mərkəzi Elmi Kitabxanaya təqdim edilib - FOTO
13:17 22 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun əsərlərindən ibarət disklər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, disklərdən birinə professor Ə.Həsənovun "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti" (o cümlədən türk və rus dillərində), "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti" (o cümlədən rus dilində), "Azərbaycanın geosiyasəti" və "Geosiyasət" (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.

Digər disk isə Ə.Həsənovun "Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan'ın Jeopolitiği", "Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya'ın Jeoekonomik karakteristiği ve Azerbaycan'ın yeni petrol politikası", "Güney Kafkasya'ın Askeri-Jeostratejik durumu ve Azerbaycan'ın güvenlik politikası", "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri", "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları" və "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" əsərlərindən ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR