Menral Konrat Azərbaycana niyə gəlməsindən danışıb

Menral Konrat Azərbaycana niyə gəlməsindən danışıb
10:14 23 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyorları Meral Konrat, Sarp Levendoğlu, Emre Kızılırmak Bakıda qonaq olub. Lent.az-ın məlumatına görə, onların paytaxtımıza təşrif buyurmasına səbəb Nizami Kino Mərkəzində “Türk Filimləri Həftəsi-Bakı”nın açılış mərasimi  olub.


İlk öncə Meral Konrat media nümayəndələrinin qarşısına keçib. O növbəti dəfə  ölkəmizdə olduğu üçün sevindiyini diqqətə çatdırıb: “Mənim ikinci vətənim Azərbaycandır. Ona görə də bura gələndə sevinirəm. Aktyor dostum Sarpa dəstək olmaq üçün bu gün burdayam”.



Qeyd edək ki, gecədə millət vəkili Qənirə Paşayeva, şair Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlı, xalq artisti Azərin, əməkdar artist Mehriban Zəki də iştirak edirdi. 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR