İlin sonuna bir dollar 3,50 lirə olacaq

İlin sonuna bir dollar 3,50 lirə olacaq
17:03 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi yenidən yüksəlməyə başlayıb. Bu günün günorta saatlarına 1 dollar 3,40 türk lirəsinə bərabər olub.

Publika.az xəbər verir ki, “JP Morgan” analitikləri türk lirəsinin ABŞ-ın faiz nisbətlərindəki artıma "yüksək dərəcədə həssas" olduğunu açıqlayıb. O da qeyd edilib ki, 2016-cı ilin sonunda 1 dollar 3.50 türk lirəsinə, 2017-ci ilin sonunda isə 3.65 türk lirəsinə bərabər olacaq.

Bu arada Mərkəz Bankın sabahkı yığıncağında faiz nisbətlərinin dəyişdirilməməsi gözlənilir. Xatırladaq ki, Mərkəz Bank sonuncu dəfə mart ayında faiz endiriminə gedib. Bundan sonrakı iclaslarında faizləri sabit tutub.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR