Deputat ölüm hökmünün bərpasını istəyir

Deputat ölüm hökmünün bərpasını istəyir
19:34 29 Noyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.

 

APA-nın məlumatına görə, E. Axundova qeyd edib ki, statistikaya görə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: "Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?"

 

Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR