Aeroport işçisi şüşəyə çırpılıb ağır xəsarət aldı

Aeroport işçisi şüşəyə çırpılıb ağır xəsarət aldı
10:57 30 Noyabr 2016
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib və şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR