Bakıda telefon qovşağının rəisi bıçaqlanıb

Bakıda telefon qovşağının rəisi bıçaqlanıb
16:27 3 Dekabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.
"Report"un Suraxanı Rayon Polis İdarəsindən (RPİ) əldə etdiyi məlumata görə hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.
Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-telefon-qovsaginin-reisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR