Ötən gecə Ukraynada faciəli hadisə baş verib, 5 polis əməkdaşı həlak olub.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə deputat Anton Qerşenko "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Kiyevin Brovarsk rayonunun Knyajiçi qəsəbəsində paytaxt
polisinin cinayət-axtarış bölməsi sistemli olaraq şəhər
sakinlərinin evlərini talan edən quldur dəstəsinin üzvlərinin
yaxalanması əməliyyatı hazırlayıb. Cinayətkarların növbəti
hədəfinin Knyajiçi qəsəbəsində olacağı barədə operativ məlumat
alınıb və həmin yerə cinayət axtarış bölməsinin qrupu və xüsusi
təyinatlılar yollanıb. Knyajiçi qəsəbəsindəki küçədə şəxsi evlərdən
birində polis kəşfiyyatçıları yerləşdiriliblər. Kəşfiyyatçıların
vəzifəsi şəraiti izləmək və lazımi məqamda cinayətkarların cinayət
başında saxlanması üçün xəbər vermək olub. Lakin təsadüfən
polislərin olduğu evlə qonşu olan bir evdə mühafizə üçün avtomatik
rejimdə quraşdırılmış siqnalizasiya sistemi işə düşüb. Dərhal
hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib və qonşuluqdakı
evdə olan iki polis kəşfiyyatçısını saxlayıblar. Həmin vaxt isə
cinayətkarların saxlanılması üçün mikroavtobusda hazır vəziyyətdə
saxlanılan xüsusi təyinatlılar polis kəşfiyyatçılarının
bədbəxtliklə üzləşdiyini, cinayətkarlar tərəfindən saxlanıldığı
qənaətinə gəliblər və oraya gəliblər. Daha sonra xüsusi
təyinatlılarla mühafizə polisləri arasında atışma olub. Nəticədə 2
mühafizə polisi, iki polis kəşfiyyatçısı və bir xüsusi təyinatlı
ölüb.
Həmin vaxt yaxınlıqdakı atışma səsini eşidərək talan planlarını
təxirə salaraq "Toyota Land Cruiser 200" markalı iki avtomobilə
qaçmağa çalışan cinayətkarlar da Kiyevdə saxlanılıblar. Onların
üzərində odlu silah aşkarlanıb.