"Report"un məlumatına görə, "Sehirli Yolka" şənliyi dekabrın 24-də olacaq.
Şənlik "Bayıl Arena"da baş tutacaq. Bayram şənliyində iştirak etmək istəyənləri bu ilin ən maraqlı, ən əyləncəli və bol hədiyyəli tədbiri gözləyir. Şənlikdə musiqi, əyləncə, animatorlar, klounlar, şar şousu, rəqslər və "Səbail" klubunun futbolçuları ilə futbol matçı olacaq.
Yeni il şənliyinə giriş pulsuzdur.