Bakıda DAVA: bir nəfər bıçaqlandı

Bakıda DAVA: bir nəfər bıçaqlandı
18:05 21 Dekabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 35 yaşlı kişi döydüyü 22 yaşlı gənc tərəfindən bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nobel prospekti 155 ünvanında qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Samir Canıyev sözügedən ünvanda 1994-cü il təvəllüdlü Cəmil Səfərovla əlbəyaxa dava edib. S.Canıyev C.Səfərovu döyüb. C.Səfərov bundan hiddətlənərək bıçaqla S.Canıyevin ayaq nahiyəsinə bir neçə zərbə vurub.

S.Canıyev "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR