Bunu "Report"un Ukrayna bürosuna "AZOV"un səlahiyyətli nümayəndəsi Aleksandr Alfyorov deyib.
Qeyd edək ki, Ukraynanın "AZOV" alayının mülki korpusu ilə dekabrın 15-də azərbaycanlı iş adamı arasında qarşıdurma baş verib. Məlumata görə, korpusun nümayəndələri azərbaycanlı iş adamının yolka satışı məntəqəsini dağıdaraq əmlakını əlindən alıblar.
"AZOV"un mülki korpusunun səlahiyyətli nümayəndəsi bildirib ki, həmin şəxslər hərbçilər yox, mülki korpusun nümayəndələri olub. Çünki hərbçilər başqa ərazidədir.
«Sahibkarların malını azərbaycanlı olduğuna görə müsadirə etməyiblər. Ona görə ki, həmin mallar qanunsuz üsulla hazırlanıb və qanuni nişana malik deyil" -
Aleksandr Alfyorov deyib. O, bildirib ki, bu məsələdə heç bir etnik tərkib yoxdur.