Yolkalar da bəzənib, Şaxta babayla Qar qız da yoldadır. 28 may tarixində "28 may" stansiyasında saat 10-da Şaxta baba və Qar qız yenə metroya gələcəklər.

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Bakı metrosu sərnişinlərə Yeni il sürprizi hazırlayır - FOTO

N.Paşayevin sözlərinə görə, tədbir dekabrın 29-da da davam edəcək: "Artıq 5 stansiyada - "Elmlər Akademiyası", "Memar Əcəmi", "Koroğlu", "İçərişəhər" və "28 may" stansiyalarında böyük yolkalar da qurulub. Tədbirə hər kəs dəvətlidir!"

Şöbə rəisi Milli.Az-a bildirib ki, yenə də ötən ilki kimi Şaxta baba obrazını şəxsən özü, Qar qız obrazını isə Metropolitenin Xidmət şöbəsinin rəisi Lalə Babayeva canlandıracaq.

Bakı metrosu sərnişinlərə Yeni il sürprizi hazırlayır - FOTO

Xatırladaq ki, ötən il də Bakı Metrpoliteni sərnişinlər üçün sürpriz hazırlamışdı. Stansiyalarda qəfildən ortaya çıxan Şaxta baba və Qar qız Yeni il münasibətilə metronun balaca sərnişinlərinə kiçik hədiyyələr verib, bayramlarını təbrik etmişdi.

İlkin İzzət
Milli.Az