Dekabrın 28-də Şaxta baba və Qar qız “Bakı Metropoliteni”nin stansiyalarında olacaq.
Bu barədə Publika.az-a “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, Şaxta baba və Qar qızı görmək istəyənlər 28 dekabr saat 10:00-da “28 May stansiyasında ola bilər: “Tədbir ayın 29-da da davam edəcək. Artıq 5 stansiyada – “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May” stansiyalarında böyük yolkalar da qurulub. Tədbirə hər kəs dəvətlidir”.


