Rusiya və Amerika prezidentləri arasında şəxsi duel həmişə olub. Vladimir Putin və Barak Obama arasında duel isə “soyuq müharibə”nin başa çatmasından sonra yaşanan ən gərgin duel oldu. Lakin bu dueldə ABŞ lideri Barak Obama olduqca zəif görünürdü.

Publika.az xəbər verir ki, Norveçin “Dagbladet” nəşri Putin-Obama duelinin 6:0 hesabı ilə başa çatdığını bildirib.

Nəşr hesab edir ki, Putin və Obama arasındakı müharibədə aşağıdakı döyüşlər baş verib.

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

1. İlk döyüş 2013-cü ildə Suriyada oldu. Prezident Bəşər Əsəd öz əhalisinə qarşı kimyəvi silah tətbiq etməklə Obamanın “qırmızı xətt”ini keçdi. Putin kimyəvi silahların məhvi barədə razılaşma ilə ABŞ-ın Suriyaya müdaxiləsinin qarşısını aldı və Əsədin xilaskarı olmaqla ölkədə əsas oyunçu olmaq istiqamətində böyük addım atdı. Putin-Obama 1:0

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

2. Zamanla ABŞ və Rusiya arasında qarşıdurmanın ağırlıq mərkəzi yerini Ukrayna ilə dəyişdi. Putin Krımı zəbt etdi və ölkənin şərqindəki rusiyayönlü separatçıları dəstəklədi. Rusiyaya qarşı sanksiyalar qəbul edilsə də, Putin Krım və Donbas üzərində nəzarəti təmin etdi. Bununla da Ukraynanın gələcəyi ilə bağlı oyunda “sükan”ı idarə etməyə başladı. Putin-Obama 2:0

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

3. 2015-ci ilin sentyabrında Rusiya Əsəd tərəfində Suriyada hərbi əməliyyatlarda iştirak etməyə başladı. Bu müharibənin gedişatını dəyişdi. 2016-cı ilin dekabrın əvvəlində Əsəd müxalifətin əsas qalası olan Hələb üzərində nəzarəti təmin etdi. Putin-Obama 3:0

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

4. Rusiya Suriyada siyasi həllin əldə edilməsi üçün Türkiyəni partnyor etməyi bacardı. Putin-Obama 4:0

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

5. Putinin ən vacib triumfu ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanması oldu. Mümkündür ki, biz həqiqətən də Putinin seçkilərin nəticələrinə təsir edib-etmədiyini heç vaxt bilməyəcəyik. Amma Putinin favoriti prezident seçildi. Putin-Obama 5:0

Putin-Obama: 6:0 - Ən QANLI DÖYÜŞLƏR - FOTOLAR

6. Putin Obamaya qarşı fırıldaq işlətdi. O, Rusiya diplomatlarının Obama tərəfindən ölkədən çıxarılmasına cavab olaraq, Amerika diplomatlarını göndərmədi. Amma bunun əvəzinə Amerika diplomatlarının uşaqlarını Kremlə yolka ətrafına dəvət etdi. Putin-Obama 6:0

Və üç həftə sonra ABŞ və Rusiya prezidentləri arasında dueldə hesab yenidən yazılacaq.

Ömər Dağlı