Mikroavtobus qəzaya uğradı: yaralılar var - TOVUZDA

Mikroavtobus qəzaya uğradı: yaralılar var - TOVUZDA
13:17 14 Yanvar 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Milli.Az report-a istinadən xəbər verir ki,  "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovalar müxrəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan N.Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR