Evdəki zibil iyini aradan qaldırmağın SADƏ YOLU

Evdəki zibil iyini aradan qaldırmağın  SADƏ YOLU
19:22 14 Yanvar 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Limon təkcə bir qida deyil. Onun həm də təmizləyici gücə malik olduğunu bilirdinizmi? Mətbəxlərin əvəzedilməzi olan limon ev işlərində də hər dərdə dərmandır.

Milli.Az lent.az-a istinadən limonu təmizləyici kimi istifadə edə biləcəyiniz sahələrlə sizi tanış edir.

Kəsmə taxtalarından ləkələri yox edir

Mətbəxdə kəsmə taxtalarında qalan yemək ləkəsi və qoxuların getməsi üçün bir limonu ortadan ikiyə bölün, taxtanın üstünə yaxşıca sürtün. Daha güclü təmizliyə ehtiyac varsa, əvvəl kəsmə taxtasına duz və ya karbonat səpin. Sonra isə limonu sürtün. Ləkələr çox inadkardırsa, duz-karbonat-limon sürtüb gecə boyu durulamadan eləcə saxlayın.

Zibil qoxusunu aradan qaldırın

Pis, iylənmiş, çürümüş qoxuları yox etmək üçün limon qabığı ilə soyuq suya ehtiyacınız var. Limon qabıqlarıyla qoxunun olduğu yeri yaxşıca ovaladıqdan sonra soyuq su ilə təmizləyin.

Geyimlərinizdəki ləkələri asanca çıxarın

Limon suyu duzla birləşdikdə paltarlardakı ləkələrə sanki meydan oxuyur. Siz sadəcə olaraq limon suyu-duz qarışığını ləkənin üstünə töküb yarım saata qədər saxlayın. Sonra bu qarışığı sirkə və isti su ilə yaxalayın.

Mikrodalğalı sobanı yağdan təmizləyin

Mikrodalğalı sobanın həm gözəl qoxuması, həm də tərtəmiz olmasını istəyirsinizsə, bir qabın içərisinə bir stəkan su, yumru-yumru doğranmış limon tökün, sobanın şüşəsi buxarlanana qədər istilədin. Qapağı açmadan bu limonlu iksiri 15 dəqiqə içəridə saxlayın ki, mikrodalğalı sobadakı kir və yağı daha asan təmizlənsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR