Rusiyaya gedən ərin arvadı boşanmış sayılır?

Rusiyaya gedən ərin arvadı boşanmış sayılır?
19:05 6 Yanvar 2015
193 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, həyat yoldaşı qadını Azərbaycanda buraxıb Rusiyaya gedib. Bir neçə ildir ki, ondan xəbər yoxdur. Bu halda həmin qadın boşanmış sayılırmı və başqasına ərə gedə bilərmi?
 
Xeyr, bu halda onlar boşanmış sayılmazlar. Doğrudur, kişinin öz həyat yoldaşını atıb getməsi, onun maddi və mənəvi ehtiyacları ilə ilgilənməməsi, hətta 4 ay ərzində onunla cinsi əlaqədə olmaması kişidən ötrü günah sayılır. Lakin bu, onların boşanmış sayılmaları üçün əsas deyil. Qadın o zaman ərindən boşanmış sayılar ki, əri ona şəriətə uyğun olaraq talaq versin. Yalnız bundan sonra iddə müddətini gözləmək şərti ilə qadın başqa adama ərə gedə bilər. Talaq almaq üçün qadın öz əri ilə rabitə yaratmalı və ondan talaq istəməlidir. Əgər kişi hər hansı şərtlə də olsa buna razılıq verərsə, talaq oxunmalıdır. Əgər kişi talaq verməyə razı olmasa, qadın şəriət hakiminə (müctəhidə) müraciət edib vəziyyəti xəbər verməlidir. Şəriət hakimi (müctəhid) öz səlahiyyəti daxilində onların talağını oxuya bilər.

Milli.Az
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR