Muxtar respublikada ilin əvvəlinə ÜDM-nin həcmi açıqlanıb

Muxtar respublikada ilin əvvəlinə ÜDM-nin həcmi açıqlanıb
03:08 16 Mart 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 mart, AZƏRTAC
Muxtar respublikada cari ilin yanvar-fevral aylarında 304 milyon 134 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 faiz çoxdur. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ÜDM-nin həcmi 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,7 faiz artaraq 691,1 manata (840,2 ABŞ dollarına) çatıb.
Muxtar respublikada yaradılan ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 156 milyon 909 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,3 faiz üstələyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_ilin_evveline_UDM_nin_hecmi_achiqlanib-839528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR