Azərbaycanın radikal müxalifəti Ermənistanla BİR CƏBHƏDƏ - SƏBƏB

Azərbaycanın radikal müxalifəti Ermənistanla BİR CƏBHƏDƏ - SƏBƏB
15:23 2 Fevral 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan dünyadakı siyasi və iqtisadi kataklizmlərə baxmayaraq, güclənmək və iqtisadi inkişaf istiqamətində ciddi şəkildə irəliləyir. Burada Prezident İlham Əliyevin daxili və xarici siyasəti xüsusilə diqqət çəkir:

Daxili siyasət: dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan dövləti hər şeydən öncə vətəndaşın rifahına hesablanmış sosial layihələri gücləndirib. Post-neft dövrünə keçid edən Azərbaycanda yeni iş yerlərinin yaradılması, iqtisadi sabitliyin qorunması və xüsusilə regionlarda kənd təsərrüfatı kimi əhalinin sosial həyatına müsbət təsir edən sahələrin inkişafı prioritet elan edilib. Artıq ilk addımlar atılmaqdadır və yaxın dövrdə qeyri-neft sektoru üzərində güclü iqtisadi dayanıqlığın yaradılacağı şübhəsizdir.

Xarici siyasət: Prezident İlham Əliyev Azərbaycanı dünya dövlətləri arasında nüfuzlu ölkəyə çevirib. Əsas prioritet istiqamət isə ərazi bütövlüyümüzün bərpasıdır. Məhz dövlət başçısının xarici siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın yalanları qəbul olunmur.
Bu amillər Azərbaycan dövlətinin milli maraqlarının təmin olunması, bir dövlət kimi daha güclənməsinə səbəb olur. Lakin bunun kimlərinsə xoşuna gəlmədiyi, kimlər tərəfindənsə qəbul edilmədiyi də faktdır.

Güclü Azərbaycan faktoru hər şeydən öncə Ermənistanın və erməni diasporunun maraqlarına ziddir. Çünki Azərbaycanın güclənməsi ərazi bütövlüyümüzün bərpasına bir qədər də yaxınlaşdırır. Xüsusilə Prezident İlham Əliyevin aprel döyüşlərində azad edilən ərazilərə qaçqınların qayıdışı ilə bağlı qərarı düşmən üzərində böyük xof yaratdı.

Prezidentin addımları xalqın iqtidara inamını daha da artırır. Bundan xoflananlar isə ölkə daxilindəki qüvvələrdir.

İsa Qəmbər, Əli Kərimli və Arif Hacılı: bu kimi şəxslər üçün Azərbaycanın güclənməsi maraqlı deyil. Güclü Azərbaycan xaricdə ermənilərə sərf etmədiyi kimi, daxildə onlara da sərf etmir. Çünki bu, onların hakimiyyətə gəlmək istəklərini birdəfəlik sıradan çıxarır.

Amma onlar uğursuz cəhdlər etməkdə davam edirlər. Bu, arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Nə elmdə, nə də siyasətdə baş tutmamış İsa Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür.

İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir. Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?!

Burada “utanmasan oynamağa nə var ki?!” məsəli yada düşür.

Publika.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/186173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR