Daha bir İNTİHAR - Bu dəfə həkim canına qıydı

Daha bir İNTİHAR - Bu dəfə həkim canına qıydı
20:38 2 Fevral 2017
208 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb. Uzun illərdir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində stomatoloq həkim kimi çalışan Çingiz Bədirovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Ailə üzvləri onun intihar etməsindən gec xəbər tutublar və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR