x
Loading...
.

Bakıdakı lisey və gimnaziyaların I sinfinə qəbul başlandı

Bakıdakı lisey və gimnaziyaların I sinfinə qəbul başlandı
12:12 16 Mart 2015
166 Sosial
Ölkə mətbuatı
A- A+
.

Bakıdakı lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, martın 15-dən etibarən valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri ilə yanaşı elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələr, lisey və gimnaziyalara da müraciət edə bilirlər.

Belə ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Valideynlər aşağıda adları qeyd edilən lisey və gimnaziyalara elektron müraciət edə bilərlər:

1. “Ankara məktəbi” məktəb lisey

2. BSU Məktəb Lisey Kompleksi

3. Bülbül adına orta ixtisas musiqi məktəbi

4. Bakı Avropa liseyi

5. Heydər Əliyev adına lisey

6. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

7. İ.Hacıyeva adına “Tərəqqi” liseyi

8. 132-134 nömrəli təhsil kompleksi

9. İ.Əfəndiyev adına Elitar Gimnaziya

10. “Zəngi” liseyi

11. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası

12. Humanitar Fənlər təmayüllü məktəb-lisey

13. 23 nömrəli tam orta məktəb

14. 287 nömrəli Zəkalar liseyi

15. 291 nömrəli Ekologiya liseyi

16. 160 nömrəli Klassik Gimnaziya

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR