Ulraynada azərbaycanlı rüşvətə görə tutuldu

Ulraynada azərbaycanlı rüşvətə görə tutuldu
14:43 3 Fevral 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.

Onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.

Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın “Platiservis” milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.

Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR