Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI

Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI
14:57 3 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq Tarif Şurasından məlumat verilib.

Şuradan bildiriblər ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Trend-ə açıqlamasında təmsil etdiyi qurumun gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmədiyini bildirib.

Xatırladaq ki, metroda gediş haqqının 30, marşrutlarda isə 40 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasında müzakirələr aparılması barədə məlumat yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR