4 FEVRAL

4 FEVRAL
09:08 4 Fevral 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

1994–cü il. Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb.

1921-ci il. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü. Bakıda anadan olan L.Zadə 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.

1954–cü il. Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib. İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

1930-cu il. Görkəmli xanəndə, muğam ustası, Xalq Artisti Əlibaba Məmmədov anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən çox mahnı və təsniflər yazıb.

1974–cü il. Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

1945-ci il. Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb. Konfrans İkinci Dünya müharibəsindən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr olunub.

2004-cü il. Facebook sosial şəbəkəsi meydana gəlib. Facebookda 1 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin orta hesabla 50 faizi sayta hər gün daxil olur, 35 milyondan çox istifadəçi isə statusunu yeniləyir. Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir. Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR