Trampın bir ayda xərclədiyini Obama bir ilə xərcləmişdi

Trampın bir ayda xərclədiyini Obama bir ilə xərcləmişdi
13:08 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Floridadakı Mar-a-Lago adlı malikanəsinə etdiyi üç ziyarət və oğullarının iş səyahətləri Amerika xalqına 1.3 milyon dollara başa gəlib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Obama səkkiz illik fəaliyyəti dövründə illik ortalama 12.1 milyon dollar xərcləmişdi.

“Judicial Watch”ın rəhbəri Tom Fitton Vaşinqtona göndərdiyi məktubda bunu çox bahalı səfər adlandırıb.

Məlumata əsasən, Trampın oğulu Eric Tramp Uruqvay ziyarəti zamanı qaldığı oteldə gizli xidmət agentləri tərəfindən qorunub. Bu xidmət 88 min 320 dollara başa gəlib.

Yenə eyni qeydlərə görə prezidentin iki oğulu Trampın adını daşıyan otelin açılışı üçün səfər etdikləri Dubayda mühafizəyə 16 min dollar xərcləyiblər.

Amerika xəzinəsi üçün 10 milyon dollar həcmində yük yaradan bu səyahətlərdə xərclərin böyük hissəsi mühafizəyə yönəldilir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/189000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR