Milli qəhrəmanlar haqqında məlumatlar bir neçə dildə Vikipediyaya yerləşdirildi

Milli qəhrəmanlar haqqında məlumatlar bir neçə dildə Vikipediyaya yerləşdirildi
17:12 24 Fevral 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

Milli.Az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi "Şəms Tərcümə Xidmətləri Mərkəzi"nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:

Albert  Aqarunov - italyan, fransız, ispan, alman

Əlif Hacıyev - fransız, ispan

Əliyar Əliyev - ispan, fransız, alman

Vəzir Orucov - inglis, ispan

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR