Bakıda yol polisi ilə bağlı qəribə olay

11:12 7 Yanvar 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaş yol polisinin kəsdiyi cəriməni ödəyə bilmir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına məktub yazan oxucu məlumat verib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayının 2-də videomüşahidə sistemində onun qayda pozduğu qeydə alınıb. Səhər saat 5 radələrində Azərbaycan prospektində qırmızı işıqdan keçib.

"Bununla əlaqədar elektron protokol tərtib edilib və mənim ev ünvanıma göndərilib. Ancaq bank bölmələri ödənişi qəbul etmir. Deyirlər ki, kompüter sistemində heç bir məlumat yoxdur".

Məsələ ilə əlaqədar saytın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb.

"Əgər vətəndaş hələ cəriməni ödəyə bilmirsə, deməli, işə hələ baxılmayıb. Bütün məsələlər həll edildikdən sonra məlumat bazaya daxil edilir", - o qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR