x
Loading...
.

Azərbaycanda 49 yaşlı qadın döyülüb

Azərbaycanda 49 yaşlı qadın döyülüb
23:42 15 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Könüllü kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Qədi qızı Namazova qapalı kəllə beyin travması və müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın qonşusu və qohumu olan şəxs tərəfindən torpaq üstündə yaranan mübahisə zamanı döyülüb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/526569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR