x
Loading...
.

13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhklum azadlığa buraxıldı

13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhklum azadlığa buraxıldı
12:27 17 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində əfv fərmanı icra olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 40 nəfər məhkum azadlığa buraxılıb. Onlardan 4-ü əcnəbidir.

1 saylı cəzaçəkmə müəssisəsindən isə 7 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR