Xırdalandakı partlayış barədə yeni məlumat

14:05 7 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalan şəhərində yerləşən fabrikin qazanxanasındakı qazan partlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərində yerləşən DSP istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İlkin məlumatlara əsasən, partlayışa səbəb buxarın normadan artıq yığılması olub.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın FətullayevMiraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev Mirzə Ağabalayev xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR