Zeynəb Xanlarova: “Sabah bizə nəsə olsa, birinci Türkiyə müdafiəmizə qalxacaq”

Zeynəb Xanlarova: “Sabah bizə nəsə olsa, birinci Türkiyə müdafiəmizə qalxacaq”
13:13 2 May 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərəzli qərara parlament olaraq etiraz etməliyik”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib:

""Türkün boyu bükülməz, türkün gücü tükənməz, bir daha qalxan bayraq, bir daha enməz". Mən bütün mahnılarımda da bu sözləri sevə-sevə söyləmişəm. Avropanın Türkiyəyə qarşı qərəzli qərarlar qəbul etməsi bir azərbaycanlı kimi bizi də narahat edir. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı Milli Məclis olaraq etiraz bəyanatı yayaq. Sabah eyni problemlə biz də üzləşə bilərik və bu zaman Türkiyəyə ehtiyacımız olacaq. Sabah bizə nəsə olarsa, birinci Türkiyə müdafiəmizə qalxacaq”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ ilə bağlı Milli Məclisin 14 deputatı öz mövqeyini ifadə edib:

“Bütün bunlar Milli Məclisin öz mövqeyi və göstəricisidir. Biz də bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR