Play Store

Xətai prospektində hərəkət məhdudlaşdırılacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən Metbuat.az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq.

İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR