Bakı-2017:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 7-ci gün geridə qaldı.

Metbuat.az-ın məlumatına görə, bu gün Azərbaycan idmançıları 9-u qızıl, 4-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 17 medal qazanıblar.

Aktivində 116 medal (59 qızıl, 33 gümüş, 24 bürünc) olan Azərbaycan millisi hazırda medal sıralamasında ikinci sırada qərarlaşıb. İdmançılarımız yalnız Türkiyədən (60 qızıl, 52 gümüş, 43 bürünc) geri qalırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR