Rusiyadan Qarabağ XƏBƏRDARLIĞI, 7 bəndlik PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
19 baxış·6 dəq oxu
ASİMDER rəhbəri Ermənistanın 8 min əfqan muzdlusunu 5
illik müqavilə ilə Qarabağa gətirdiyini deyib. Ekspertlər Qarabağda
yeni müharibə haqqında xəbərdarlıq edirlər. Rusiya Ermənistandakı
Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Vladimir
Putin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilədə ittiham
edib. Türkiyəyə gələn Almaniyanın xarici işlər naziri ölkəsinə
əliboş qayıdır. Bu gün ərəb dünyasında diplomatik qalmaqal
yarandı.
"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq,
lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu
əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə
kökləyir”. Bu barədə erməni politoloq İqor Muradyan
deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin
təhlükəsini anlamır: “Siyasi rəhbərlik ümidlərini Rusiyaya və
Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək
rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı
haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin
İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə
də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.
Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə
Rusiyadan asılıdır. İ.Muradyan əlavə edib ki, müharibədə NATO
Azərbaycana dəstək verə bilər. Erməni politoloq Qarabağda yaxın
dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.
Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ
Ermənistanda Dağlıq Qarabağda müharibənin
yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda
müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu
deyilir. Ermənistan mediası açıq şəkildə anti-Rusiya
yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti
Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr
verdiyi haqdadır.
Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ
məsələsində Azərbaycanla sövdələşir.
Erməni politoloq İqor Muradyan isə iddia edir ki, ABŞ Qarabağ
münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik
mərkəzlərə tapşırıb: “ABŞ-ın Ermənistandakı keçmiş səfiri Harri
Qilmoromun layihəsi diqqət çəkir”.
H.Qilmoromun layihəsi müxtəlif punktlardan ibarətdir. Keçmiş
səfir hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa
çatmalıdır. Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana
bilər.
Layihədə aşağıdakılar təklif olunur.
Trampın 7 bəndlik Qarabağ PLANINA qarşı Putin müharibə ƏMRİ
“Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik
müqavilə ilə Qarabağa gətirib”. Bu barədə Beynəlxalq
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri
Göksel Gülbey deyib.
Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə
yerləşdirilib. G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran
vasitəsilə Ermənistana gətirilib. ASİMDER rəhbəri əlavə edib ki,
Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə
bilər.
8 min əfqan döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI
“Mən çoxdan danışıram ki, Qarabağın üzərində buludlar
qatılaşır və müharibə qaçılmazdır”. Bu barədə rusiyalı
hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran Qrupunun
Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh edərkən
deyib.
Onun sözlərinə görə, itkilər təkcə təmas xəttində yox,
Azərbaycan və Ermənistan sərhədində də olur.
“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər
faktiki olaraq müharibə hazırlığındadır. Rusiyada mənə deyirlər ki,
Ukraynada müharibə başlayır, mən deyirəm ki, “Qarabağ indi
partlayacaq”. Müharibə Rusiyaya sərf etməsə də, bu, mütləq baş
verəcək”, -deyə o bildirib.
P.Felqenqauer Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını
deyib.
Rusiya nüvə silahı ilə vurulacaq? – NATO təlimlərinin ŞOK MƏQSƏDİ
Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29
təyyarələri göndərəcək. Bu barədə “Voennoye
obozreniye” nəşri yazıb. Bildirilir ki, Rusiyanın Kurskda yerləşən
Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna
çoxtəyinatlı Su-30SM qırıcı təyyarələri gətiriləcək. Qəzet yazır
ki, hazırda alayda olan MiQ-29 təyyarələrinin yeni təyyarələrlə
əvəzlənməsi prosesi aparılır:
"Alayda 6 ədəd Su-30CM olmaqla, ümumilikdə 12 təyyarə olacaq.
Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük
yaşı olmayan MiQ-29-lar hansısa digər aviasiya polkuna
göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası
olacaq”.
Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 130
vətəndaşının vətəndaşlıqdan çıxarılması ilə bağlı qərar
verib. Siyahıya daxil edilən şəxslərə ölkəyə
qayıtması üçün 3 ay vaxt verilib.
Əks halda Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah
Gülən, Xalqların Demokratik Partiyasından (HDP) olan millət
vəkilləri Faysal Sarıyıldız və Tuğba Hezerin də aralarında olduğu
130 nəfər vətəndaşlıqdan çıxarılacaq.
Türkiyənin Baş naziri Binəli Yıldırım Almaniyanın
xarici işlər naziri Ziqmar Qabriel ilə nəzərdə tutulan görüşdən
imtina edib. Türkiyə hökuməti görüşdən imtinanı
Binəli Yıldırım iş qrafikinin sıx olması ilə əlaqələndirib.
Diplomat artıq Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud
Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum olub ki, Ankara alman
deputatların İncirlik təyyarə bazasına baş çəkməsinə hələ razı
deyil. Qabriel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla
görüşüb.
“Röyters” agentliyinin yazdığına görə, Almaniya xarici işlər
naziri bu, yaxud da gələn həftə İncirlikdən çıxacaqlarını
bildirib.
Bu gün ərəb dünyasında diplomatik qalmaqal yarandı.
Dörd dövlət - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsdiyini elan
etdi. Onları Liviya, Yəmən və Maldin izlədi.
Ölkələr qərarlarını Qətərin apardığı siyasətin bölgədə
təhlükəsizliyə mənfi təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən
İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarına, həmçinin İrana yaxın
qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.
Qətərlə region ölkələri arasında münaqişə Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika sammitinin
keçirilməsindən bir həftə sonra başlandı.
Trampın güdazına gedən “Qardaş birliyi”: Regionda cəbhələr yenidən YARADILIR
ABŞ-ın 35-ci prezidenti Con Kennedini Amerika xüsusi
xidmət orqanlarının öldürməsi versiyası istisna
edilməməlidir. Bunu NBC televiziyasına müsahibəsində
Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Kennedini ABŞ xüsusi xidmət orqanlarının öldürməsi versiyası da
var. Əgər bu versiya düzdürsə, o zaman bugünkü şəraitdə bütün
texniki imkanlardan istifadə edib, hücumlar təşkil etmək və onu
Rusiyanın etdiyi kimi göstərmək asan olardı”, – deyə o bildirib
.
Vladimir Putin müsahibədə həmçinin ABŞ-ın bütün
dünyada siyasi proseslərə müdaxilədə ittiham edib.
“Mən heç kəsi incitmət istəmirəm, amma Birləşmiş Ştatlar bütün
dünyada ölkələrin seçki kampaniyalarına fəal müdaxilə edir. Dünya
xəritəsinin harasına əl uzatsan, hər yerdə sizə şikayət edəcəklər
ki, Amerikanın rəsmi şəxsləri onların daxili siyasi proseslərinə
qarışırlar”, - Putin bildirib.
Gələcəkdə dünyada vəziyyət elə də asan
olmayacaq. Bunu Rusiya prezidenti Vladimir Putinlə
görüşü zamanı Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay
Patruşev söyləyib.
“Biz güman edirik ki, gələcəkdə dünyada vəziyyət asan olmayacaq.
Əksinə, biz gələcəkdə dünya təhlükəsizliyi, eləcə də regional
təhlükəsizlik sahəsində bir sıra çətinliklərin yaranacağını
görürük”, – deyə o bildirib.
Çin Koreya Xalq Demokratik Respublikası ətrafında
vəziyyətin nizama salınması üzrə daha daha çox iş
görməlidir. Bu haqda ABŞ-ın dövlət katibi Reks
Tillerson Sidneydə Avstraliyanın xarici işlər naziri Culi Bişopla
görüşündə bildirib.
“Çin və digər regional partnyorlar təhlükəsizliklə bağlı
vəziyyəti həll etməyə kömək etmək üçün səyləri aktivləşdirməlidir.
Şimali Koreya yalnız region üçün deyil, bütün dünya üçün təhlükə
təşkil edir”, - ABŞ-ın xarici siyasət idarəsinin başçısı
vurğulayıb.
Daha əvvəl mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb
ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald
Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin
göstərilməsi üçün 100 gün möhlət istəyib.
“Əks halda müharibə...” - Vaşinqtondan Pekinə XATIRLATMA