İmişlidə ağır yol qəzası yaşandı - VİDEO

İmişlidə ağır yol qəzası yaşandı - VİDEO
21:22 6 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə minik avtomobili yolun kənarında dayanan yük maşınına çırpılıb. Hadisə zamanı bir nəfər dünyasını dəyişib. Gəncədə minik avtomobili piyadanı vuraraq öldürüb. Cəlilabadda isə yük maşını velosipedçini vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, minik avtomobilinin yük maşınına çırpılması ölümlə nəticələnib. Ağır qəza Ağsu - Kürdəmir- Bəhrəmtəpə yolunun İmişlinin Ağaməmmədli kəndindən keçən hissəsində baş verib. Rayon sakini Vaqif Əbilovun idarə etdiyi minik avtomobili yol kənarında dayanan, Vüqar Ağaşova məxsus yük maşınına çırpılıb. Minik avtomobilində olan sərnişin, İmişli sakini, 59 yaşlı Vaqif Məmmədov hadisə yerində ölüb. Avtomobildə sıxılıb qalan meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gəncədə isə minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.
Hadisə ötən axşam Gəncədə, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb. 26 yaşlı Vasif Hümbətov minik avtomobili ilə yolu keçmək istəyən piyada 60 yaşlı Səidə Abdullayevanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb. Sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Cəlilabadda isə yük maşını velosipedçini vurub. Hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi, buğda ilə dolu yük maşını ilə yeniyetmə velosipedçini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük avtomobilinin altında qalan velosipedçi hadisə yerində ölüb. Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
İmişlidə ağır yol qəzası yaşandı: BİR NƏFƏR ÖLDÜ


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR