"Pulu onların başına vuraram" - Aydın Bəşirovun Məleykə Əsədovaya mənzil bağışlamağına MÜNASİBƏT

"Pulu onların başına vuraram" - Aydın Bəşirovun Məleykə Əsədovaya mənzil bağışlamağına MÜNASİBƏT
14:27 21 İyun 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Əli Mirəliyev Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Ə.Mirəliyev ölkə.az-a açıqlamasında indiyədək heç bir məmurdan pul almadığını söyləyib:

"Məmur mənə heç bir manat pul da verməyib. Bilirlər ki, o pulu mən onların başına vuraram. Çünki bizdə məmur sözü camaatdan pul qoparan, millətin qanını, cibini soran kimi başa düşülür". 

"Məmurlar niyə adətən qadın sənətçilərə ev, maşın bağışlayırlar" sualını Mirəliyev belə cavablandırıb:

"Qadın sənətçilərə ona görə ev, maşın bağışlayırlar ki...(yazılmayacaq ifadə işlədir-red.) Sinəsinə də iki dənə... Aydın Bəşirov getsin gəmisi ilə məşğul olsun. Məleykə Əsədovanın sənəti yaxşıdır e. Amma Məleykəni mən başa düşə bilərəm. Onu başa düşmək üçün diqqətlə nəzər yetirmək lazımdır. Ümumiyyətlə, mənim imkanım olsaydı, onların adlarını alıb, hamısını teatrdan qovardım".

Qeyd edək ki, A.Bəşirov Ölkə.Az-a açıqlamasında Məleykə Əsədovaya iki otaqlı mənzil bağışladığını bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR