Bu axşam Bakıda daha iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu axşam Bakıda daha iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
15:42 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonunda Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətləri rənglənəcək. Bu, "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda qeyd edilib. 
"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-axsam-bakida-daha-iki-kucede-neqliyyatin-hereketi-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR