FHN-nin hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib

FHN-nin hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib
13:09 23 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində tədbir keçirilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. O, Mülkü Müdafiə Qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan bəhs edib.
 
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Onun sözlərinə görə, regionun ən güclü və yüksək hərbi hazırlıqlı ordusu olan Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə və işğal altındakı torpaqları azad etməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. F. Heydərov ordu quruculuğu sahəsində görülən işləri, eləcə də FHN-nin Mülki Müdafiə Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərə ən səmimi arzularını çatdırıb.
 
Mərasimdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının müavini-qərargah rəisi, polkovnik Etibar İsmayılov hərbçiləri və əsgərləri 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə təbrik edib.
 
Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə  bayram münasibətilə xatirə hədiyyələri təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR