Virtual ünsiyyət mədəniyyətsizliyi - darqursaqlıq

- Salam, necəsən? (10:20)

-  ... (gördü)

- Ayə, görürsən, niyə cavab vermirsən? (10:21)

- ...  (gördü)

- Busan da, yazmaram daha, suyum, çörəyim səndən keçmir ki... (10:22)

Virtual ünsiyyət ayrılıqlara səbəb olur

Elə insanlar var ki, onlarla ancaq real həyatda dost olmaq sərf edir.

Virtual dostluqda olan anlaşılmazlıq  üzündən ən yaxın dostların, hətta  bir-birini sevən iki insanın birdəfəlik ayrılıqları baş verir.

Halbuki, onlar bir yerdə olsalar, yüz ayrılıqdan ikisi baş tutmayacaq.


Virtual ünsiyyət yenidir

Bu ünsiyyətin formalaşması üçün zaman keçməlidir. İnsanlar  virtual danışıq mədəniyyətinə yiyələnməlidir.

"Üz üzdən utanar" deyiblər.  Virtual ünsiyyət zamanı qarşıdakı adamın üzünü  görmədiyin üçün onu incidə bilmək ehtimalın da  daha yüksəkdir. 

Virtual ünsiyyət zamanı səbirli olmaq lazımdır.

Ən çox incikliklər gec cavab vermək, və ya  heç cavab verməmək səbəbindən olur. Yuxarıda  çəkdiyim misalda olduğu ki,  yazışma zamanı  qarşıdakı adamın  gördüyünü bilirsən, amma cavab vermir ( facebook sağ olsun). O dəqiqə ittihamlar başlanır. Adama vəfasızlıqla sinonim olan bütün sözlər ən sərt şəkildə deyilir.  Amma düşünmək lazımdır ki, qarşıdakı insanın cavab verə bilməmək üçün yüzlərlə səbəbi ola bilər.  Ruh halı uyğun olmaz və ya  texniki nasazlıq ucbatından yaza bilməz və s.


Əsəbi olanda status yazmayın

Bəzi insanlar  dostlardan, yaxın qohumlardan, hətta sevdiyi qadından  ayrılanda, o saat sosial şəbəkədə qəmli, dalayıcı, bəzən də təhqiredici statuslar yazır.  Bir müddət sonra o statusların silindiyini görürsən. Adam yazdığına peşman olur və  silir. Amma bir həqiqət var ki, sınan ürəkləri bərpa etmək çox  çətin məsələdir və statusun ünvanlandığı adam  eyhamın ona  vurulduğunu çox rahatlıqla anlayır... Ona görə də, əsəbi olanda status yazmamaq daha yaxşı olar.

Ən əsası - insanları "yükləməyin"

Onsuz da, (zatən) biz millət olaraq yardım etməyi sevirik. Virtual ünsiyyət zamanı bəzən hansısa bir işdə kömək istəyən adam, bunu sadəcə qısa olaraq bildirməlidir.  İsrar etmək və tələsdirmək yaxşı effekt vermir. İnsanlar o zaman sənə daha çox kömək etməyə çalışırlar ki, sən onları yükləmirsən.  Onun sənə kömək etmək kimi bir məsuliyyətinin olduğunu ona bildirmirsən. Bu, əks təsir yaradır, o insan sənə  yüz kömək edəcəkdisə, 10 kömək belə etmir...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR