Məşhurların evi hamıya maraqlı olur. Onların neçə evi var?

Metbuat.az bu sualla yerli məşhurlara müraciət edib:

Xalq artisti Səməd Səmədov: “Mənim hazırda iki evim var. Birini özüm almışam. Digərini isə cənab prezident bağışlayıb. Özümün aldığım evin 150 min manat qiyməti var”.

Səməd Səmədov: "Ayda bir dəfə manikürə və pedikürə gedirəm"

Əməkdar artist Baloğlan Əşrəfov: “Masallıda ata evim var. Bir də 20 il əvvəl Bakıya köçən də aldığım ev. Evimin qiymətini isə açıqlamaq istəmirəm”.

Əməkdar artist Əli Mirəliyev: “Mənim evim yoxdur. Mərdəkanda bağ evim var. Orada yaşayıram”.

Müğənni Cavan Zeynallı: “Bakıda bir evim var. Bu yaxınlarda isə cənab prezident İlham Əliyev mənə Xətai rayonunda bir ev bağışlayıb”.

Müğənni Murad Arif: “Xaricdə olan müğənnilərin o qədər malı mülkü olur ki, saymaqla bitmir. Biz də isə adam bilmir nə desin. Şəxsən mən kasıb adamam. Hər şeyi özüm qururam. Ailəmə, valideynlərimə züm baxıram. Bu suala cavab vermək istəmirəm, utanıram...”

"Özbaşınalıqlara dözə bilmirəm" - Murad Arif

Müğənni Kərim Abbasov: “Cammatın gözünə, nəfsinə gəlməmək üçün açıqlamaq istəmirəm. ”

Dilarə Zamanova