Pəhrizdə olanlar üçün pitsa

Pəhrizdə olanlara şad xəbərimiz var. Həm az kalorili, həm də dadından doymayacağınız pitsa yeyə bilərsiniz.

Metbuat.az pəhrizdə olanlar üçün xüsusi pitsa reseptini təqdim edir:

Tərkibi:

1 ədəd yumurta

1 qaşıq qatıq

Az miqdarda maye yağ

1 xırda qaşıq qabartma tozu

3 qəhvə stəkanı un

Duz

Zövqə görə tərəvəzlər, pendir ya da kaşar pendiri

Hazırlanması:

Bütün məhsulları qarışdırıb yumşaq xəmir alana qədər yoğurun. Xəmiri tavanın içərisinə yerləşdirib ocağın altını yandırın. Üzərinə tomat yayıb bütün məhsulları əlavə edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Şuşa mətbəxindən kələm dolması resepti -İFTARA ÖZƏL - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)