Şuşa mətbəxindən kələm dolması resepti

İftara Şuşa mətbəxinin dadlı yeməklərindən kələm dolması bişirin.

Metbuat.az dolmanın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 qr ət

100 qr düyü

100 qr san

50 qr pomidor

1 kq kələm

Duz, istiot

Hazırlanmasına gəldikdə isə ət çəkilir, içərisinə yumru düyü, duz, soğan, istiot, sarıkök və pomidor əlavə edilib qarışdırılır. Kələm duzlu suda pörtlədilir. Ətdən hazırlanan içlik kələmin içərisinə yığılaraq bükülür və bişirilir. Süfrəyə veriləndə üzərinə nar sıxılır.

Nuş olsun!

(Hər kəsin sevimli yeməyi "Üç bacı"nı belə bişirin - RESEPT)

(Yarpaq dolmasının hazırlanma qaydası - RESEPT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)