2017: Azərbaycan şou-biznesinin iki məşhuru ÖLƏCƏK!

Metbuat.az-ın bu dəfəki müsahibi Azərbaycanın məşhur ekstrasensi, parapsixoloq Zərinə Ulduzdur.

- Öncə sizi tanıyaq...

- Adım Zərinə, təxəllüsüm Ulduzdur. Təxəllüsümün mənası Davud ulduzundan götürülüb. Süleyman peyğəmbərin möhürü anlamına gəlir. Bu təxəllüsü mənə bir tədbirdə veriblər. Milliyətcə yəhudiyəm. 

- Bəziləri ekstrasensiliklə falçılığı qarışdırır. İkisinin arasındakı fərq nədir? 

- Ekstrasenslər adi insanların duya bilmədiyi qavramları hiss edə bilən kəslərdir. Elmi cəhətdən belə insanların bacarıqları hələ ki, tam öyrənilə bilinməyib. Onlar hətta əşyaların keçmişi və gələcəyi haqqında məlumat verə bilirlər. Bu insanlar öncə görmə, müalicə və digər sahələrdə öz güclü duyum qabiliyyətləri ilə başqa insanlara məlumat verir, yardım və istiqamət göstərirlər. Ekstrasensorikanın dünyada qəbul olunan xeyli sayda sahəsi var ki, onların bəzilərinin kökü çox qədimlərə gedir. Məsələn, qədim şahların saraylarında xüsusi münəccimlər olub ki, onlar heç bir avadanlıq olmadan, göy cisimlərinin hərəkətini müşahidə etmək və bununla baş verəcək hadisələr haqqında öncədən xəbərdarlıq etmək gücünə malik olublar.  

Qeyd edim ki, hər bir insanda ekstra duyumlar var. Sadəcə bəziləri həmin hissi anlamır və ondan yararlanmır, bəziləri isə Allah tərəfindən verilən həmin qabiliyyəti özündə aşkarlayır və daha da gücləndirir. 

Falçılığa gəlincə isə, falçılar insanları qorxu və itaət altında saxlayaraq, onları öz daxili güclərinə inanmaqdan, həmin gücdən yararlanmaq istəyindən məhrum edirlər. Nəticədə insanlarda baş qaldıran tənbəllik və qorxu bəlası onları hansısa cadugərdən aslı hala salır. Allah tərəfindən insana elə bir güc verilib ki, öz daxili imkanları hesabına bütün sıxıntıları aşa bilər. Əminliklə deyirəm ki, falçıların heç birinin nə ekstrasensorikadan nədə parapsixologiyadan, nə də heç bir gizli elmdən anlayışı yoxdur.Onlar sadəcə insanları aldatmaq, inamlarından istifadə etmək qabliyyətinə malik olan şər qüvvələrdir. Bu tamamilə günahdır. 

- İndiyə qədər öncədən bildiyiniz elə bir dəhşətli hadisə varmı ki, açıqlamağa qorxmusunuz? 

- Bildiyim, öncədən hiss etdiyim baş verəcək bir çox hadisələr barədə məlumata vermişəm. Çalışmışam ki, qarşısını almağa kömək edim. Bir çox hallarda Allahın köməyi ilə buna nail olmuşam. Lakin bəzən elə dəhşətli hadisənin baş verəcəyini öncədən bilmişəm ki, onu necə söyləyəcəyimə çətinlik çəkmişəm. Bu məni çox üzür. 

- Dünyada təbii fəlakətlər, müharibələr, siyasi böhranlar artır. Planetimizi nə gözləyir? 

- Mənim 2016-cı illə bağlı proqnozlarım hamısı öz təsdiqini tapdı. Orda konkret ölkələr üzrə nə baş verəcəyini demişdim. Bu ilin sonuna qədər dünyada zəlzələlərin sayı artacaq. Adı və növü bəlli olmayan virus yayılacaq. Gəmi və təyyarə qəzalarının sayı artacaq. Dünyada terror təşkilatları getdikcə öz gücünü itirəcək. Lakin müharibələr hələ uzun müddət davam edəcək. 

- Hansı ölkə üçün daha çox təhlükə var? 

- Ən böyük təhlükə Yeni Zellandiya üçündür. Bu ölkədə çox güclü təbii fəlakətlər baş verəcək. Ümumlikdə, dəhşətli virus, qlobal istiləşmə nəticəsində dünyada minlərlə insna öləcək.  

- Azərbaycanı nə gözləyir? 

- Azərbaycanda mənşəyi məlum olmayan virus yayılacaq. Lakin qarşısı alınacaq. Qarabağ münaqişəsində ölkəmiz qələbə əldə edəcək. İlin sonuna qədər şou-biznesin iki tanınmış siması öləcək. 

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR