Şəmkirdə yanğın olub

Gündüz saatlarında Şəmkirdə yanğın faktı qeydə alınıb.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıtda güclü yanğın - 2 nəfər tüstüdən zəhərləndi - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR