Pomidor souslu makaron

Makaron sevənlər üçün pomidor souslu makaron yeməyi hazırlayacağıq.

Metbuat.az yeməyin hazırlanma prosesini təqdim edir.

Tərkibi:

1 paket makaron

2 yemək qaşığı zeytun yağı

Üzəri üçün:

300 qr ispanaq

200 qr lor pendiri

2 diş sarımsaq

3 ədəd pomidor

2 yemək qaşığı zeytun yağı

Duz, qara istiot

Hazırlanması:

Makaronu qaynadın. Üzərinə zeytun yağı əlavə edin. Sous üçün tavaya bir yemək qaşığı zeytun yağı və bir diş xırda doğranmış sarımsaq əlavə edib bişirin. Doğradığınız ispanağı da əlavə edib qarışdırın. İspanaq yumşalana qədər ocaqdan alın. İlıqladıqdan sonra lor pendiri də əlavə edib qarışdırın. Ayrı bir tavada qalan zeytun yağı, incə doğradığınız sarımsaq pomidoru əlavə edib yumşalana qədər qovurun. Ocaqdan almağa yaxın duz və qara istiot əlavə edin. Makaronu servis edəcəyiniz qaba alın, üzərinə ispanaqlı və pomidorlu sousu əlavə edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

"Saciçi"nin hazırlanması - Milli mətbəximiz - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)